Archive
Dictionary
DAŞINMAZ ƏMLAK
(ingiliscə - real property, realty, immovable property - daşınmaz əmlak) xassələrində əhəmiyyətli dəyişikliklər aparmadan yerinin dəyişdirilməsi mümkünsüz olan obyekt, əmlak. Daşınmaz əmlak hər bir ölkədə müvafiq qanunvericiliklə müəyyən olunur. Daşınmaz əmlaka aid edilir: binalar, qurğular, torpaq və yerin təki sahələri, şərtləndirilmiş su obyektləri və torpağa bərkidilmiş, həmçinin onunla bağlı digər əmlak.