gototop gototop

Dictionary

CƏNUBİ QAFQAZ QAZ KƏMƏRİ

(ingiliscə - South Caucasus Pipeline - Cənubi Qafqaz Qaz Boru Kəməri) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmiş qaz boru kəməri. “Şahdəniz” Boru Kəməri kimi də tanınır və bütövlükdə boru xətti Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Uzunluğu 980 kilometr (Azərbaycan 443 km, Gürcüstan 248 km, Türkiyə 289 km), borunun diametri 1066 mm və məhsuldarlığı 24 milyard m3/il-dir. CQBK 2016-cı ildə istismara verilmiş və ətraf mühitə, həmçinin sosial təsiri minimuma endirmək üçün BTC boru kəməri ilə eyni dəhlizdə inşa edilmişdir. CQBK-nın iki operatoru var. CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator - BP şirkəti və CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatoru - SOCAR. CQBK-nin sərmayədarları qismində BP (28,8%), SOCAR (10%), “SGC Midstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir. CQBK-in 29 may 2018-ci il tarixində Bakı şəhərində rəsmi açılışı olmuşdur.