gototop gototop

Dictionary

BURJUAZİYA

(fransızca - bourgeoisie - qalalı, istehkamlı, möhkəmləndirilmiş şəhər) kapitalist cəmiyyətində hakim sinif, sosial sinfi kateqoriya. Burjuaziya pul, istehsal vasitələri, torpaq, patent və ya digər əmlaka sahib olmaqla, həmin mülkiyyətdən əldə edilən gəlir hesabına dolanır. Mülkiyyət ölçülərinə görə kiçik, orta və iri, təsərrüfat fəaliyyətinə görə aqrar, sənaye, ticarət, maliyyə burjuaziyasını fəqrləndirirlər. Anlayış, ilkin olaraq, şəhər əhalisi mənasında işlənmişdir. XVII-XVIII əsrlərdə isə vətəndaşların təbəqələşməsi baxımından, xüsusən də, tacirlərə, iri kapital sahiblərinə, muzdlu əməkdən istifadə edənlərə şamil edilmişdir.