gototop gototop

Dictionary

BMT-nin İQTİSADİ VƏ SOSİAL MƏSƏLƏLƏR DEPARTAMENTİ

(ingiliscə - United Nations Department of Economic and Social Affairs - UN DESA - BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti) BMT-nin üzv dövlətlərinin müvafiq üzvlük ödənişləri hesabına maliyyələşdirilən, BMT Katibliyinin tərkib hissəsi olan təsisat. İqtisadi, sosial və ekoloji sferalarda mühüm həyati əhəmiyyət daşıyan qlobal strategiyaların milli səviyyədə konkret hərəkətlər sisteminə çevrilməsini təmin edən funksiyaları yerinə yetirir.