Archive
Dictionary
(ingilscə - biofuels - bioloji yanacaq, bioyanacaq) bitki və ya heyvan mənşəli xammaldan, həyat fəaliyyətli orqanizmlərin və ya üzvi sənaye tullantılarının məhsullarından olan yanacaq. Maye (daxili yanma mühərrikləri üçün - etanol, metanol, biodizel), bərk (odun yonqarı, talaşa, saman, qurudulmuş peyn, toxum qabığı, preslənmiş ağac emalı tullantıları - briketlər, pelletlər, qranullar) və qazaoxşar (sintez-qaz, bioqaz, hidrogen) növləri fərqləndirilir. Bioyanacağın 55-60%-i yemək hazırlamaq və evləri qızdırmaq üçün istifadə olunan ənənəvi formaları - oduncaq, bitki tullantıları, qurudulmuş peyin və s. əsaslanır. Bitki mənşəli bioyanacaq üç nəsilə bölünür: birinci nəsil - yüksək yağlılıqlı, nişastalı və şəkər tərkibli kənd təsərrüfatı bitkiləri; ikinci nəsil - becərilən bitkilərin, otların və ağacın qeyri-qida və ya təmizlənməmiş qalıqları; üçüncü nəsil - yosunlar. Elektroenergetika sahəsində bioyanacağın əsas forması kimi oduncaq istehsal edilən pelletlər təşkil edir. Nəqliyyat sahəsində bioyanacaq kimi əsasən etanol və biodizeldən istifadə olunur.