Archive
Dictionary
BİOETANOL
(ingilscə - bioethanol - bioloji etanol) bitki xammalının emalı nəticəsində alınan və bioyanacaq kimi istifadə edilən adi etanol. Müasir zamanda bioetanol əsasən qarğıdalı və şəkər qamışından alınır. Onun alınması üçün xammal kimi nişasta və ya şəkər tərkibli kənd təsərrüfatı məhsulları - kartof, şəkər çuğunduru, arpa və s. istifadə edilir. Təmiz halda və həmçinin benzin və ya dizel yanacağı ilə qatqıda tətbiq edilir. Bioetanolun istehsalı və istifadəsi neftə alternativdə daha çox ekoloji və bərpaolunan yanacaq üstünlüyü ilə hər il artmadadır.