Archive
Dictionary
(ingiliscə - dependency theory - asılılıq nəzəriyyəsi) əsasında kapitalist sisteminin dünya miqyasında eyni zamanda həm inkişafa və həm də beynəlxalq, milli və lokal səviyyədə zəif inkişafa zəmin olması xüsusiyyətliliyi dayanan qlobal sistemin inkişafı nəzəriyyəsi. Daha dəqiq aslılığın metanəzəriyyəsi kimi tanınır və qlobal sistemin inkişafının XX əsrin 60-70-ci illərdə yaranmış daha təsirli nəzəriyyələrindən biri olaraq çıxış edir. Onun yaranışı argentinalı iqtisadçı Raul Prebiş (1901-1986) ilə bağlıdır. Asılılıq nəzəriyyəsi inkişafetməmə asılılığı, inkişafetmə asılılığı və təkraristehsal asılılığı olmaqla 3 istiqamətə bölünür. Asılılıq nəzəriyyəsi tərəfdarları israr edirlər ki, kapitalist sistemi inkişaf etməkdə olan ölkələrin geriləməsinə fəal kömək edir və nə qədər ki, bu sistem mövcuddur, həqiqi inkişaf mümkün deyil. Bu nəzəriyyədə göstərirlər ki, metropoliya öz satellitlərinin - müstəmləkələrinin iqtisadi bolluğunu mənimsəyir və ondan öz inkişafı üçün istifadə edir. Satellitlər - müstəmləkələr isə zəif inkişaf edir. Belə ki, metropoliya tərəfindən satellit-ölkə daxilində dəstəklənən cəmiyyətin qütbləşməsi və istismar ziddiyyətləri nəticəsində öz bolluğuna əli çatmır. Bu ziddiyyətlərin birliyi metropoliyaların inkişaf prosesini stimullaşdırır və satellitlərin - müstəmləkələrin “subinkişaf” prosesini şərtləndirir. Asılılıq nəzəriyyəsi əsasən inkişaf strategiyalarını xaricdən subsidiya olunan kimi nəzərdən keçirir. Asılılığı aradan qaldırmaq üçün bu və ya digər təsərrüfat sektorunun ödədiyi qiymət uzunmüddətli planda özünü doğrultmur.