Archive
Dictionary
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU, ARDNF
- (ingiliscə - State Oil Fund of the Republic of Azerbaijan, SOFAZ - Azərbaycan Respublikasi Dövlət Neft Fondu, ARDNF) - neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. 29 dekabr 1999-cu ildə təsis edilmişdir. ARDNF-nin yaradılması fəlsəfəsinin əsasında Azərbaycan xalqına bəxş olunan neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsünü təmin etmək dayanır. ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsi və təbii sərvətlərin birgə istimarına dair beynəlxalq statuslu müqavilələrdə təmsilçiliyi təmin etməkdən ibarətdir.