Archive
Dictionary
YIĞIM NORMASI
(ingiliscə - rate of accumulation - yığım norması) əldə edilən gəlirin ümumi həcmindən investisiya (kapital qoyuluşu), yığım kimi ayrılan vəsait payı. Makroiqtisadi aspektdə yığım norması ölkə, dövlət, cəmiyyət tərfindən ümumi milli gəlir həcmindən gələcək məqsədlərə nail olmaq üçün investisiyalar şəklində ayrılan vəsait payıdır. Aparılan investisiya siyasətinə uyğun olaraq yığım norması 10%-də 40%-dək dəyişə bilər.