Archive
Dictionary
YAŞAYIŞ MİNİMUMU
(ingiliscə - subsistence level - yaşayış minimumu) - insanın, ailənin həyat fəaliyyətinin (əsas fizioloji və sosial tələbləri) saxlanılması üçün minimal zəruri olan rifah və həyat vasitələri çeşidi. “Yaşayış minimumu” sinonimi kimi “minimum istehlak büdcəsi” analayışından da istifadə olunur. İnkişaf etmiş ölkələrdə bir işləyən adam üçün bu büdcəyə həmçinin 18 m2 olmaqla yaşayış sahəsi, illik 6,7 qiqakalorili mərkəzi isitmə sistemi, aylıq 285 litr su, aylıq 10 m3 qaz, aylıq 50 kv/saat elektrik enerjisi və illik - 600 gedişlik itctimai nəqliyyatdan istifadə haqqı daxil edilir.