gototop gototop

Dictionary

AZƏRBAYCAN İXRACIN VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FON

(ingiliscə - Azerbaijani Export and Investment Promotion Foundation - Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu, AzPROMO) - Azərbaycan Respublikasında yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılmasını və investisiyaların cəlb edilməsini stimullaşdıran fond. Fond investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda əhəmiyyətli işlər görür, yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir. 2003-cü ildə təsis edilmişdir.