gototop gototop

Dictionary

ENERJİ BALANSI

(ingiliscə - energy balance - enerji balansı) ayrı-ayrı energetika məhsulları - xam neft, təbii qaz, elektrik enerjisi və s. əmtəə balanslarını özündə ehtiva edərək onların neft ekvivalentinin tonu (1 NET 41,868 Qiqacoul) ölçüsündə enerji vahidi ilə ifadə olunmuş kompleks məcmusu. O, müəyyən dövr ərzində ölkənin ərazisinə daxil olan, çıxan və istifadə olunan bütün enerji məhsulları üzrə məlumatların toplanması və əlaqələndirilməsi üçün uçot göstəriciləri sistemini əhatə edir. Enerji balansı matris formasında qurulur və onun tərtibindən əvvəl strukturunda təsbit olunan enerji məhsullarının əmtəə balansları tərtib edilir. Enerji balansında enerjinin yaranma yerlərindən onun son istifadə yerlərinədək axınlar, sütunlarda isə enerji məhsulları göstərilir. Enerji daşıyıcılarının ehtiyatları, təchizatı, ticarəti, transformasiyası, istehlakı haqqında məlumatlar strateji qərarların qəbulunda istifadə olunur. Azərbaycanın milli Enerji balansının modeli yerli xüsusiyyətlər nəzərə alınmaqla, BMT-nin “Enerji Statistikasına dair Beynəlxalq Tövsiyələri”nə və enerji balanslarının vahid strukturuna əsaslanmışdır