Archive
Dictionary
AZƏRİ LAYT NEFT MARKASI
“AZƏRİ LAYT” NEFT MARKASI - (ingiliscə - Azeri Light - Azəri yüngül nefti) - Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqlarından hasil edilən neftin ticarət markası. 1997-ci ildə sertifikatlaşdırıllmışdır və ilk dəfə 1999-cu ildən Bakı-Supsa kəmərinin işə düşməsi ilə əlaqədar dünya bazarına çıxarılmışdır. “Azəri layt” yüksək keyfiyyətli xam neft hesab edilir, 35°-5,5° qatılığa malikdir, tərkibində kükürd 0,14%-dir ki, bu da onun yüngül, qatışıqsız neft olmasını təmin edir. “Azəri layt” əsasən dünya bazarlarında “brent” keyfiyyət dərəcəsi ilə satılır.