gototop gototop

Dictionary

ÜMUMİ MİLLİ MƏHSUL, ÜMM

(ingiliscə - Gross-National Income - Ümumi Milli Məhsul) mövcud ölkədə və onun xaricində öz daxili resursları hesabına il ərzində istehsal olunan bütün son hazır əmtəələrin və xidmətlərin dəyərinin məcmusu. Bir sira ölkələrdə, o cümlədən ABŞ-da Ümumi Milli Məhsul göstəricisindən istifadə edilir. Bir qayda olaraq ÜDM və ÜMM ölçülərində fərqlər böyük əhəmiyyət kəsb etməyərək orta hesabla 1% həddində olur. Daha konkret bu fərqləri ÜMM = ÜDM + Δ (ölkə xaricdəki fəaliyyətdən daxil olan ilk gəlirlər - ölkə daxilində investorların aldıqlari ilkin gəlirlər) düsturu ilə hesablanır. Başqa sözlə bu fərq xarici ölkələrlə hesablaşmalardakı saldonu əks etdirir. ÜMM əgər ÜDM-i üstələyirsə, bu o deməkdir ki, mövcud ölkədə əhali xaricdən onların ölkələrində çalışan əcnəbilərin qazandıqlarından daha çox gəlir əldə edir.