gototop gototop

Dictionary

AZAD TİCARƏT ÜZRƏ AVROPA ASSOSİASİYASI

(ingiliscə - European Free Trade Association, ЕFTA - Azad Ticarət üzrə Avropa Assosiasiyası, ATAA) - Avropa iqtisadi birliyinə əks olaraq 1960-ci ildə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış, bir sıra Avropa ölkələrinin daxil olduğu regional icarət-iqtisadi qruplaşma. Hazırda yalnız İslandiya, Lixtinşteyin, Norveç və İsveçrə ATAA-nın üzvüdür. Məznil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.