gototop gototop

Dictionary

ÜÇTƏRƏFLİ KOMİSSİYA

(ingiliscə - Trilateral Commission - Üçtərəfli komissiya) - dünya problemlərinin həlli axtarışı və müzakirəsi məqsədli Şimali Amerika, Qərbi Avropa və Asiyanın (Yaponiya və Cənubi Koreyanın timsalında) nümayəndələrindən ibarət beynəlxalq təşkilat. 1973-cü ildə ABŞ-ın “Çeyz Manhetten bankı” rəhbərliyinin təşəbbüsü ilə təsis edilimişdir. ABŞ, Qərbi Avropa və Yaponiyadan ən iri beynəlxalq korporasiyaların, siyasi elitaların və qabaqcıl iqtisadçıların üç yüzə qədər nümayəndəsini birləşdirən Üçtərəfli komissiya inkişaf etmiş ölkələr qarşısında duran iqtisadi və siyasi problemlərin təhlil edildiyi məruzələr hazırlayır, müxtəlif ölkələrin sahibkarları arasında əməkdaşlığın inkişafına kömək göstərir. ABŞ-ın Nyu-York, Fransanın Parıs və Yaponiyanın Tokio şəhərlərində mənzil-qərargahları var.