Archive
Dictionary
UÇOT
təsərrüfat sisteminin ümumi görünüşünü səciyyələndirən qeydəalma vasitəsi. Uçot işi cəmiyyətin hesablaşma apardığı erkən zamanlardan, təxminən 6 min il öncə mövcud olsa da, ikili yazılış sistemi üzərində qurulan mühasibat uçotunun ilk siptomları XIII əsrdə İtalya riyaziyyatçısı Luka Poçollinin (1445-1517) «Hesabın, həndəsənin məbləği, nisbətlər və münasibətlər» əsərində görünmüşdür. Uçotun təşkilində hazırda dördpilləli: birinci pillə qanunlar, ikinci standartlar, üçüncü metodik göstərişlər, dördüncü işləmə sənədlərini əhatə edən normativ sənədlər məcmuyu mövcudur. Bazar iqtisadiyyatı sistemində uçotun, əsasən, beş növü vardır: maliyyə, idarəetmə, statistik, operativ və mühasibat.