gototop gototop

Dictionary

TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASI, TÜRKPA

Azərbaycan Respublikası, Qa­zaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının Parlament Assambleyası. 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində təsis olunmuşdur. Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. TÜRKPA-nın əsas məqsədlərindən biri dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması təşkil edir.