Archive
Dictionary
TRANSMİLLİLƏŞMƏ
(ingiliscə - transnationalization - transmilliləşmə) özəl firmalar səviyyəsində həyata keçirilən dövlətlərarası inteqrasiya forması. Bu zaman kapital izafi çoxluqlu ölkədən onun defisiti olan ölkəyə hərəkət edir. Özəl kapitalların beynəlxalq əlaqələri transmilli şirkətlərin - TMŞ fəaliyyətində öz təşkilati ifadəsini tapmışdır. Bunlara ana şirkətləri və onların xarici filiallarını özünə daxil edən təsərrüfat strukturlarını şamil edirlər.