Archive
Dictionary
TİKİNTİ MATERİALLARI SƏNAYESİ
(ingiliscə - building materialsindustry - tikinti materialları sənayesi) ağır sənyenin tərkibində tikintinin bütün növləri üçün material, detal və konstruksiyalar istehsal edən sahələr kompleksidir. Tikinti materialları sənayesi tikinti kompleksinin baza sahəsidir, tikinti, layihə və tədqiqat təşkilatları ilə birgə tikinti kompleksini təşkil edir. Ona aid olan sahələr: sement, asbestsement məmulatları, yığma dəmir-beton və beton konstruksiyalar və məmulatlar, divar materialları, inşaat keramikası, polimer xammaldan tikinti materialları və məmulatlar, qeyri-filiz tikinti materialları, məsaməli doldurucuları və s. Tikinti materialları üçün xammal bazası, praktiki olaraq, tükənməzdir.