gototop gototop

Dictionary

AVTOMOBİL NƏQLİYYATI
  1. (ingiliscə - automobile transport - avtomobil nəqliyyatı) - hərəkət mənbəyi daxiliyanma mühərriki olan, hərəkətin isə təkərlərin köməyi ilə sərt örtüklü konstruksiyada - yollarda (həmçinin yolsuz ərazidə) həyata keçirildiyi nəqliyyat növü. Daşınan yüklərin növləri və miqdari üzrə minik, yük, özüboşaldan, furqon avtomobilləri və s. seçilir. Avtomobil nəqliyyatı sərnişin (dünya sərnişin dövriyyəsinin 80%-ni təmin edir), həmçinin yüklərin qısa və orta məsafələrə daşınmalarında qabaqcıl rol oynayır. XX əsrin əvvəllərindən inkişaf edən avtomobil nəqliyyatı sahəsində yük dövriyyəsi hər 15 ildən bir iki dəfə artır.