Archive
Dictionary
TƏBİİ İNHİSAR
(ingiliscə - natural monopoly - təbii inhisar) istehsal, əmtəə və xidmətlərin satışı üzrə rəsmi tanınan qaçılmaz inhisar. Təbii inhisar bir tərəfdən müəllif hüququ və ya müəllifin qanunla inhisarçı olması, digər tərəfdən dövlət maraqları çərçivəsində vahiq boru nəql sistemi, elektrik şəbəkəsi, dəmiryol magistralı sahələrində təzahür edir. Təbii inhisar həmçinin ictimai təhlükəsizlik mülahizələri ilə dövlət inhisarı kimi də yarana bilər.