gototop gototop

Dictionary

TƏBİƏT

(yunanca - φύσις, latınca - natura, ingiliscə - nature - təbiət) yer üzündə təbii şərtlər (yer səthi, bitki aləmi, iqlim) məcmusu, üzvi və qeyri-üzvi dünya, insanın fəaliyyəti ilə əlaqədar olmayan yer üzündəki bütün mövcudat. Geniş fəlsəfi anlamda təbiət anlayışı mikrodünyanı təmsil edən elementar hissəciklərdən başlayaraq özünün məkan miqyası ilə insanı heyran edən kosmik obyektlərdə qurtaran saysız-hesabsız hadisə və predmetlərdə ehtiva olunur. Bununla belə, bəşəri sivilizasiya üçün təbiət görinüşü hələlik məlum kainatın həyat mövcudluğunun çox incə və zərif canlı qatı - biosferası olan Yer planeti ilə məhdudlaşıb. Bütün kainatı və yaranışları əhatə edərək təbiət anlayışı özünün müvafiq praktiki mahiyyəti və forma çoxmüxtəlifliyində materiya anlayışı ilə üst-üstə düşür.