gototop gototop

Dictionary

TEXNOLOJİ TƏRƏQQİ İNDEKSİ

(ingiliscə - index of technological progress, ITР - texnoloji tərəqqi indeksi) ayrı-ayrı ölkələrdə İKT-nin inkişaf səviyyəsinin xarakterizə edən kompleks göstərici. Hər 1000 nəfərə düşən kompyuterlərin sayı, hər 10000 nəfərə düşən internet-hostların sayı, hər 1000 nəfərə düşən faks aparatlarının sayı, hər 1000 nəfərə düşən mobil telefonların sayı və hər 1000 nəfərə düşən televizorların sayı olmaqla 5 göstərici üzrə təyin edilir. 110 ölkə üzrə aparılan hesabalamda 0-100 diapazonunda ABŞ maksimal, Mozambik isə 0 göstəriciyə malikdir.