gototop gototop

Dictionary

TARİFLƏR VƏ TİCARƏT ÜZRƏ BAŞ SAZİŞ, GATT

(ingiliscə - General Agreement on Tariffs and Trade, GATT - Tariflər və Ticarət üzrə Baş Saziş, TTBS) II Dünya Müharibəsindən sonra iqtisadiyyatın bərpası məqsədi ilə 1947-ci ildə bağlanmış beynəlxalq müqavilə. Əsas məqsədini beynəlxalq ticarətdə maneələrin azaldılması təşkil etmişdir. Buna tarif baryerlərinin azaldılması, idxal kvotasının kəmiyyət məhdudlaşdırılması və müxtəlif əlavə sazişlərlə ticarətin subsidiyalaşdırılması ilə nail olunmuşdur. TTBS 50 il hazırda mövcud Dünya Ticarət Təşkilatının (DTT) funksiyalarını yerinə yetirmiş və hüquqi cəhətdən onun sələfidir. TTBS çərçivəsində çoxtərəfli danışıqların Uruqvay raundunun yekununda əldə edilmiş müqaviləyə uyğun olaraq DTT yaradılmışdır. 150-yə qədər dövləti əhatə edən və dünya ticarət dövriyyəsinin 95%-dən çoxunu əhatə edən DTT 1995-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır.