gototop gototop

Dictionary

AVTOMATLAŞDIRMA

insan əməyinin yüngülləşdirilməsi, əməyin əl formasının sıxışdırılması və məhsuldarlığın artırılması məqsədiilə maşın, texnika və texnologiyaların tətbiqi. İstehsalın avtomatlaşdırılması ağır, monoton fiziki əməyin aradan qaldırılmasına yönəlmişdir. İdarəetmənin avtomatlaşdırılması istehsalın və təsərrüfat proseslərinin idarə edilməsində kompyuterlərdən,  informasiyaların emalı və ötürülməsinin digər vasitələrindən istifadə edilməsinə əsaslanır.