gototop gototop

Dictionary

ŞOK TERAPİYASI (İQTİSADİYYATI)

(ingiliscə - shock therapy - şok terapiyası) ölkənin ən qısa müddətlərdə böhradan çıxarılmasına və dövlət iqtisadiyyatının sağlanlaşdırmasına yönələn iqtisadi nəzəriyyə, eyni zamanda həmin nəzəriyyəyə əsaslanan radikal iqtisadi islahatlar kompleksi. Bu islahatlar aid edilir: qiymətlərin ani liberallaşdırılması, pul kütləsinin ixtisarı və zərərlə işləyən dövlət müəssissələrinin özəlləşdirilməsi. Sok terapiyası Şərqi Avropa ölkələrində, xüsusən də Polşada (Balseroviç planı - Leşek Balseroviç (1947), Latın Amerikasında, MDB məkanında, o cümlədən, 1992-1993-cü illərdə Azərbaycanda da özünü göstərmişdir.