Archive
Dictionary
ŞİRKƏTLƏR ALYANSI
şirkətlərin ittifaqı. Üç tarixi mərhələni əhatə edir: köhnə ittifaqlar - tarixi ənənəyə əsaslanır, ikinci dalğalı alyanslar - daha mütəşəkkil biznesə və idarəetmə mexanizmlərinə əsaslanır, şəbəkəli alyanslar - partnyorların sayı, ərazi müxtəlifliyi texnoloji həlqənin mürəkkəbliyi ilə fərqlənir və daha mükəmməl menecer hazırlığı tələb edir. Hər üç alyans növü zəmanəmizdə paralel inkişaf etsə də, daha çox strateji alyanslar adlanan ikinci və üçüncü növ alyanslar mütərəqqi hesab olunur.