Archive
Dictionary
(ingiliscə - Shanghay Cooperation Organization, SCO - Şanxay Əməkdaşlıq Təşkilatı, ŞƏT) - üzvləri Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Çin olan beynəlxalq regional əməkdaşlıq təşkilatı. 2001-ci ildə təsis edilmişdir. ŞƏT-in üzv-dövlətlərinin ümumi sahəsi 30 milyon 189 km2-ə qədərdir ki, bu da Avrasiya ərazisinin 3/5 hissəsinit təşkil edir, Bu ərazidə yer kürəsi əhalisinin ¼ hissəsi - 1 milyard 455 millyon nəfər insan yaşayır. Hindistan, İran, Monqolustan və Pakistan ŞƏT yanında müşahidəçi dövlətlərdir. ŞƏT ticarət-iqtisadi məsələlərlə məşğul olur, kollektiv təhlükəsizliklə bağlı funksiyar yerinə yetirir. Lakin o hərbi blok (NATO kimi) və ya təhlükəsizlik üzrə müntəzəm müşavirə (ASEAN Regional Forumu) olmayaraq ara mövqe tutur. Təşkilatın başlıca vəzifələri kimi iştirakçı dövlətləri birləşdirən geniş məkanda sabitliyin möhkəmləndirilməsi, terrorizmlə, separatizmlə, ekstremizmlə, narkotrafiklə mübarizə, iqtisadi, energetik tərəfdaşlığın, qarşılıqlı elmi və mədəni əlaqələrin inkişaf etdirilməsini bəyan edilmişdir. ŞƏT-in ilk sənədi “Terrorizm, separatizm və ekstremizmlə mübarizə haqqında Konvensiya” (2001) olmuşdur. Təşkilatın nəzdində mənzil-qərargahı Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən regional antiterror strukturu (RATS) yaradılmışdır. Rəsmi dili rus və çin dilidir. Mənzil-qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir.