Archive
Dictionary
STRATEJİ İDARƏETMƏ, strateji menecment
strateji planlaşdırmaya əsaslanan uzunmüddətli məqsəd və hərəkətlər üzrə şirkətin apardığı idarəetmə funksiyası. Strateji idarəetmə təşkilatın əsası kimi insan potensialına arxalanaraq istehsal fəaliyyətini istehlakçıların tələbləri üzrərində qurur, ətrafdakıların çağrışlarına dərhal reaksiya verərək təşkilatı dəyişiklikləri həyata keçirir, rəqabət üstünlüyü əldə etmək üçün lazımı səylər gösərərək məqsədlərini reallaşdırır və uzunmüddətli perspektivi təmin edir.