gototop gototop

Dictionary

SOLÇU KEYNZÇİLİK

Keynz nəzəriyyəsinin yeni islahatçı variantlarından biri. Solçu keynzçilər müasir kapitalizmin acılarının köklərini «effektiv tələbin» çatışmazlığında görür, bu səbəbdən də işsizlik və böhranlar yarandığını göstərir, iqtisadi mexanizm kimi hərbi xərclərin sosial ehtiyac məsrəfləri ilə əvəzlənməsini tələb edirdilər. Bir sıra solçu keynzçilər K.Marksın bəzi baxışlarını da bölüşərək marksizmlə keynzçiliyi birləşdirməyə cəhd etmişlər.