Archive
Dictionary
SAHƏLƏRİN BEYNƏLXALQ STANDART TƏSNİFATI
(ingiliscə - International Standard Industrial Classification, ISIC - Sahələrin beynəlxalq standart təsnifatı) BMT tərəfindən hazırlanmış iqtisadi fəaliyyət növlərinin məlumat təsnifatı. Təsnifat makroiqtisadi miqyasda iqtisadi təhlil və qərarların qəbulu üçün informasiyaların yığımı, emalı və saxlanılması mexanizmini təmin edir. Təsnifatın əsas tətbiq sahəsi iqtisadi statistika ilə məhdulaşdırılsa da, ondan inzibatı məqsədlər üçün geniş istifadə olunur.