Archive
Dictionary
RURALİZASİYA
(latınca - ruralis - kəndə aid) iqtisadi, ilk növbədə isə ərzaq təminatı vəziyyətinin pisləşməsi ilə əlaqədar əhalinin şəhərdən kənd yerlərinə axını. Az rast gəlinən bir sıra hallarda ruralizasiya ekoloji (ekoməskunlaşma) və dini-sentimental (icma ideologiyası) motivləri ilə də müşayiət olunur. Ruralizasiya urbanizasiya prosesinin əksi kimi səciyyələndirilir.