gototop gototop

Dictionary

REYQANOMİKA

(ingiliscə - Reaganomics - Reyqanomika) əsasında təklif iqtisadiyyatı nəzəriyyəsi dayanan, infilyasiya və işsizlik səviyyəsinin azaldılmasına yönəlmiş, ABŞ prezidenti Ronald Reyqanın başçılığı ilə Amerika hökuməti tərəfindən 1981-1989-cu illərdə aparılan iqtisadi kurs. Praktiki olaraq aparılan siyasətin nəticələri əmtəə və xidmətlər tələbinin tənzimlənməsindən onların istehsalının stimullaşdırılmasına edilən aksentlə səciyyələndirilir. Başlıca müddəaları: sosial və yaşayış səviyyəsinin saxlanılması proqramları xərclərinin ixtisarı ilə iqtisadiyyata dövlət müdaxiləsi artımının məhdudlaşdırılması (bu zaman müdafiə xərcləri məhdudlaşdırılmır); hökümət xərcləri artımının səngidilməsi; vergilərin azaldılması; pul kütləsinin ixtisarı ilə inflyasiyanın azaldılması.