Archive
Dictionary
REVALVASİYA
(latınca - re - yenidən, valeo - əhəmiyyətli, ingiliscə - revaluation - yenidənqiymətləndirmə) 1) milli valyutanın qızıl tərkibinin rəsmən artırılması və ya başqa ölkələrin xarici valyutalarına münasibətdə milli valyutanın məzənnəsinin rəsmən artırılması (inflaysiyadan sonrakı dövrdə daxili pul dövriyyəsinin sabitləşdirilməsinin metodlarından biri hesab edilir); 2) kassada nağd pulun yenidən qiymətləndirilməsi (mərkəzi bankın balansındakı qızıl və valyutanın ümumi məbləğinin milli valyutada ifadəsinin dəqiqləşdirilməsi); pulun qiymətdən salınmasının səmərəsini hesablamaq üçün balansın, xüsusilə onun əsas kapital və ehtiyatlarının yenidən qiymətləndirilməsi (firmaının aktivlərini təşkil edən əmlakı qiymətləndirməyə imkan verir).