gototop gototop

Dictionary

RENTABELLİK

(almanca - rentabel - gəlirli) müəssisənin və ya sahibkarlıq fəaliyyətinin səmərəliliyi, mənfəətliliyi və gəlirlililiyi. Kəmiyyətcə rentabellik gəlirlərin xərclərə nisbəti ilə ölçülür. Kapitalın, məhsulun və aktivlərin rentabelliyinə bölünür. Ümumi rentabellik mənfəətin ƏİF-lərin orta illik dəyəri və normallaşmış istehsal dövriyyə fondlarının cəminə nisbəti ilə ölçülür. Bu göstəricilər də öz-özlüyündə məhsul vahidinin, ƏİF-in orta illik dəyərinə nisbəti - fondverimi və ya əksinə fondtutumu kimi göstəricilərdə əks olunur. Kapitalın rentabelliyi xalis mənfəətin xüsusi kapitala nisbəti kimi müəyyən edilir.