gototop gototop

Dictionary

REGİONALİZM

(ingiliscə - regionalism - regionçuluq, bölgəçilik) iqtisadi, sosial, siyasi və digər problemlərin həllinə bu və ya digər regionun istehlakçıları maraqlarından yanaşma. Regionalizm regionlaşmadan fərqləndirilir. Regionlaşma hakimiyyət səlahiyyətləri və funksiyalarının milli səviyyədən regional səviyyə üzrə yeni institusional formalarının yaranışı və inkişafı əsasında yenidən bölgüsünü ehtiva edir. Regionalizm regional elitanın və siyasi partiyaların xüsusi bir strategiyası olaraq çıxış edir. İstənilən regionalizm regionlaşma doğura bilməz. Regionalizmdə hadisələr aşağıdan - regionlardan qaynaqlanır, regionlaşmada isə əksinə yuxarıdan - milli səviyyədə baş verir. Regionalizm və regionlaşma hər ikisi mərkəzçiliyin, mərkəzləşmənin, unifikasiyanın antonimləridir.