gototop gototop

Dictionary

REGİONAL İQTİSADİYYAT

(ingiliscə - regional economy - regional iqtisadiyyat) - milli iqtisadiyyatın tərkib hissəsi olaraq «regional iqtisadiyyat» regional səviyyədə iqtisadi həyatın aspektlərini, istehsal güclərinin yerləşməsi və inkişafını, regionun idarəetmə sisteminin modelləşməsini, təsərrüfatın tənzimlənməsinin metod və mexanizmlərinin təkmilləşməsini tədqiq edən tətbiqi iqtisad elmidir. O, təbii-ekoloji şəraitlə uzlaşmada regionun sosial-iqtisadi proseslərini öyrənir.