Archive
Dictionary
REKLAM
(latınca - reclamare - çığırmaq, tələb etmək, iddia etmək) 1) təsbit olunmuş obyektə diqqəti cəlb etmək üçün müəyyən insanlar dairəsinə ünvanlanmış müxtəlif üsullarla yayımlanan informasiya. 2) malların satış bazarlarında alıcılara təsir vasitəsi. Hər hansı obyektə diqqəti cəlb etmək, onu tanıtdırmaq və dəstəkləmək üçün hər cür forma, üsul və vasitə ilə yayımlanaraq əhaliyə ünvanlanan məlumat reklama xas əsas cəhətlərdədir. Əmtəəyə tələbatı artırmaq məqsədilə onun haqqındakı məlumatı yaymaq üsulu da rekalmın səciyyəvi xüsusiyyətidir.