gototop gototop

Dictionary

PULUN NOMİNALİSTİK KONSEPSİYASI

(ingiliscə - nominalist concept of money - pulun nominalistik konsepsiyası) pulun əmtəə mənşəliliyini inkar edən iqtisadi konsepsiya, nəzəriyyə. Bu konsepsiyaya görə, pullara onların ifadə etdiyi dəyər, əmtəə ekvivalenti kimi deyil, qiymətlərin miqyasını göstərən şərti nişan kimi baxılır. Burada pullar metal konsepsiyanın əksinə olaraq mübadilənin xalis texniki aləti olaraq çıxış edirlər. Nominalizm ideyalarının XVII-XVIII əsrlərdə formalaşmışına baxmayaraq o, müasir zamanda da yayılmışdır.