gototop gototop

Dictionary

PNEVMATİK NƏQLİYYAT

(yunanca - πνεῦμα - nəfəs, əsmə, üfürmə) qalaq və parçalı formalı yüklərin hava və ya qaz vasitəsi ilə boru kəmərləri şəbəkəsində yerdəyişməsini təmin edən qurğu və sistemlər məcmusu. Əsasən sənayedə müvafiq sənaye nəqliyyatının bir növü olaraq və poçt (pnevmatik poçt) işində tətbiqini tapır. Pnevmatik nəqliyyatdan sənayenin bir çox sahələrindəki texnoloji proseslərdə - dağ-mədən, sement, metallurgiya, kimya və s. istifadə olunur.