Archive
Dictionary
ÖZƏL (QEYRİ-DÖVLƏT) KAPİTALI
(ingiliscə - private capital - özəl kapital) özəl şirkətlərin, bankların və digər qeyri-dövlət təşkilatlarının onların rəhbər orqanları və birliklərinin qərarı ilə xarici ölkələrdə yerləşdirilən vəsaitləri. Bu kapitalın mənbəyi özəl şirkətlərin dövlət büdcəsi ilə əlaqəsi olmayan vəsaitləridir. Özəl kapital xarici istehsal yaradılmasına qoyulan investisiyalar, banklararası ixrac kreditləri ola bilər.