Archive
Dictionary
OPEK
(ingiliscə - The Organization of the Petroleum Exporting Countries - Neft İxracatçısı Ölkələri Təşkilatı) neft ixracatçısı ölkələrin təşkilatı. Dövlətlərarası iqtisadi-siyasi təşkilat kimi 1960-cı ildə Bağdadda təsis olunmuşdur. Təşkilatın nizamnaməsi 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. OPEK-in məqsədini təşkilat üzvi ölkələrin neft siyasətinin unifikasiyası, səmərəli istehsal və ticarətin təşkili, dünya neft qiymətlərinin tənzimlənməsi, ekoloji missiya və s. təşkil edir. Hazırda OPEK-ə 12 dövlət: Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. Digər ölkələrin assosiativ üzvlüyü OPEK nizamnaməsində əksini tapmışdır.