Archive
Dictionary
ONLAYN
(ingiliscə - online, on line - «xətdə», birbaşa bağlantıda) qoşulmuş, bağlılıq vəziyyətində, real vaxt rejimində olan. İlkin olaraq kommunikasiya avadanlıqlarına münasibətdə rabitə rejiminin (dəstəyi asmadan xəttə gözləmə) göstərilməsi məqsədi ilə istifadə olunmuşdur. Proqram təminatı münasibətində internetə qoşulma, internetə qoşulmuş, internetdə olan, yalnız internetə qoşulmada funksionaldır mənalarını verir. «Onlyan-bankinkq», «onlyan-mağaza», «onlyan-kinoteatr», «onlyan-kazino», «onlyan-kafe», «onlyan-məktəb», «onlyan-oyun» və s. kimi nümunələri mövcuddur.