gototop gototop

Dictionary

ONBİRLƏR QRUPU, 11 qrupu

“ONBİRLƏR QRUPU”, “11 qrupu” (ingiliscə - G-11, N-11, Next Eleven - sonrakı on bir) Maliyyə konqlemeratı “Qoldman Sak” (Goldman Sachs) qrupununanalitiki Cim Onil tərəfindən irəli sürülən, yüksək inkişaf templərinə malik 11 müasir dövlət: Meksika, Nigeriya, Misir, Türkiyə, İran, Pakistan, Banqladeş, İndoneziya, Vyetnam, Cənubi Koreya və Filippinin ümumiləşmiş adı. Termin agentliyin 15 dekabr 2005-ci ildə illik hesabatında həmin ölklərin XXI əsrin beynəlxalq iqtisadi münasibətlər sisteminin böyük lokomotivlərinə çevriləcəyi qənaəti ilə dövriyyəyə çıxarılmışdır. Bu qrupun ölkələri, əsasən, əvvəllər və hazırda sənayeləşmə həyata keçirən yeni sənaye ölkələri ilə kəsişir. Qrupun 7 ölkəsi: Türkiyə, Pakistan, Nigeriya, İndoneziya Misir, İran və Banqladeş həm də islam dünyasının qabaqcıl ölkələri sırasında yer alırlar.