gototop gototop

Dictionary

OKEAN

(yunanca - okeanos - okean) materiklərarası ərazidə yerləşən, su dövriyyəsi sisteminə və digər səciyyəvi xüsiyyətləri özündə ehtiva edən, dünya okeanın tərkib hissəsi olan nəhəng su obyekti. Dünyada 361,23 milyon km2 əraziyə malik32 dənizi əhatə edən 4 okean - Sakit okean (ərazisi 178,70 milyon km2 olmaqla 10 dənizi əhatə edir), Atlantik okean (ərazisi 91,66 milyon km2 olmaqla 18 dənizi əhatə edir), Hind okeanı (ərazisi 76,17 milyon km2 olmaqla 4 dənizi əhatə edir) və Şimal Buzlu okean (ərazisi 14,70 milyon km2 olmaqla 10 dənizi əhatə edir) vardır ki, onlar da birlikdə Dünya Okeanı adlanır. Dünya Okeanı daxil olmaqla hidrosferdəki suyun həcmi 1386 milyon km3-dir, o cümlədən okenanın həcmi 1338 milyon km3-dir.