Archive
Dictionary
(latınca - trans - vasitəsi ilə və portare - aparmaq) sərnişinlərin və yüklərin yerdəyişməsini və bu istiqamətdə texnoloji proseslər kompleksini həyata keçirən maddi istehsal sahəsi, iqtisadi infrastrukturun əsas komponentlərindən biri. Nəqliyyat iqtisadi artıma əhəmiyyətli dərəcədə təsir göstərərək, ticarətin genişləndirilməsinə, yaşayış səviyyəsinin yüksəldilməsinə, yüklərin ünvana yetişməsi və ya insanların iş, mənzil və ümumilikdə hər hansı bir təyinat yerinə çatdırma zamanını qısaltmaqla vaxt itkilərinin aradan qaldırılmasına, məhsuldarlığın yüksəldilməsinə kömək edir. Avtomobil, dəmir yolu, su, hava, boru kəmərləri nəqliyyatı növləri fəqqləndirilir. Nəqliyyatin bu əsas növləri ilə yanaşi, digər klassik, əlahiddə və perspektiv növləri - heyvanların belində daşıma, araba ilə daşima, havada üzmə (aeronavtika), pnevmatik nəqliyyat, lift nəqliyyatı,eskalator, elavator, maqnitli sahə ilə hərəkət edən qatar (maqlev), fərdi avtomat nəqliyyat, simli (dayaq-tir) nəqliyyat və s. mövcuddur.