Archive
Dictionary
(ingiliscə - oil field - yatağı) müəyyən bir ərazidə neftli hövzə. Neft yataqları bir neçə yüz kilometr ərazini əhatə edə bilər. Neft ehtiyatı 10 milyon ton həcmində qiymətləndirilən yataqlar - kiçik, 10-100 milyon ton həcmində - orta, 100-1000 milyon ton həcmində - iri, 1-1,5 milyard həcmində - nəhəng, 5 milyard ton və ondan çox olduqda - unikal adlanır. Neft yataqları genişliklə geoloji sistemdə rayonlaşmaya məruz qalır. Formalaşmış təsnifata görə, neft-qaz rayonları, zona, sahə, əyalət və hövzələrə (bir neçə min km2-dən 1 milyon km2-ə) bölünür. Dənizdə və quruda olmaqla Azərbaycanda kəşf olunmuş, işlənməyə verilmiş və perspektivli sayılan 231 struktur mövcuddur. Bu strukturların 38,1%-i dənizdə, 61,9%-i isə quruda cəmləşmişdir. Respublikada 69 neft yatağı aşkarlanmışdır. Bu yataqların 42-si qurunun, 27-si dənizin payına düşür. Bütün fəalliyyəti ərzində Azərbaycana məxsus yataqlardan 2,0 milyard tona yaxın karbohidrogen resursu çıxarılmışdır. Hasilat pikləri: neft üzrə quruda 1941-ci ildə 23,4 milyon ton neft, 2010-cu ildə ümumi 50,8 milyon ton neft, 2012-ci ildə 28,3 milyard m3 qaz.