gototop gototop

Dictionary

MÜTLƏQ ÜSTÜNLÜKLƏR NƏZƏRİYYƏSİ

(ingiliscə - absolute advantage theory - mütləq üstünlüklər nəzəriyyəsi) ingilis siyasi-iqtisadçısı Adam Simitin (1723-1790) 1776-cı ildə nəşr edilən “Xalqların sərvəti” adlı əsərində formalaşdırılmış nəzəriyyə. Mütləq Üstünlüklər Nəzəriyyəsinə görə bir ölkə və ərazidə bir məhsulun (əmtəə və xidmətlərin) istehsalında digər ölkə və ərazidəkindən daha çox səmərəliliyə malikdir. Yəni o eyni və ya daha az resursdan istifadə etməklə daha çox istehsal məhsulu verir. Belə halda digərinə görə daha ucuz məhsul istehsal edən ölkə həmin məhsul istehsalı üzrə ixtisaslaşacaqdır. Nəticədə ixtisaslaşma və ticarət ölkəyə daha çox istehsal və istehlak imkanı verəcəkdir. Buna görə də əmək bölgüsü mövcud ölkənin malik olduğu mütləq üstünlüklər nəzərə alınmaqla həyata keçirilməlidir.