gototop gototop

Dictionary

MÜSTƏSNA İQTİSADİ ZONA

(ingiliscə - exclusive economic zone - müstəsna iqtisadi zona) - ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonu. Müstəsna iqtisadi zonada sahilyani dövlət həmin zonadakı sularda, onları əhatə edən dəniz dibi və təkində canlı və cansız bütün təbii resursların kəşfiyyatı, işlənməsi və saxlanması sahəsində müstəsna hüquqa malikdir. Xarici dövlətlərin müvafiq fəaliyyətlərdə iştirakı yalnız sahilyani dövlətlə razılaşma əsasında reallaşdırıla bilər. Sahilyani dövlət, həmçinin bu zonada iqtisadi məqsədlərlə süni adalar və qurğular yarada bilər, elmi tədqiqatlar apara bilər. Dəniz mühitinin qorunub saxlanması da sahilyani dövlətin səlahiyyətlərinə aiddir. Müstəsna iqtisadi zonada sahilyani dövlətin hüquq və qanuni mənafelərini nəzərə almaqla bütün dövlətlər açıq dənizin məlum azadlıqlarından - gəmiçilik, uçuş, sualtı boru və kabel çəkmək və s.-dən istifadə edirlər.